"Beşiktaş” komandası futbolçusu Maykl Eneramonu klubdan göndərib. Bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb. Belə ki, 28 yaşlı hücumçu mövsüm sonuna qədər digər Superliqa təmsilçisi "Karabükspor”la anlaşıb. Nigeriyalı hücumçu yeni komandasında icarə əsasında çıxış edəcək.
Qeyd edək ki, Eneramo bu mövsümün əvvəlində "Sivasspor”dan "qartallar”a keçmişdi.