Azərbaycanın futbol üzrə gənclər yığmasının (U-21) dünən Antalyada ilk oyunu baş tutub.
AFFA-nın rəsmi saytının yazdığına görə gənclər komandamız eyni yaş qrupundan olan Türkiyə klubu "Antalyaspor” ilə görüşdə 5:3 hesabı ilə qalib gəlib.
Topları qapıya ötürən Türkiyə tərəfindən Ümid Sönməz ( 2 top), Azərbaycan tərəfindən isə İlham Allahverdiyev, Elvin Camalov və Məhəmməd Qurbanov olub.
Yığma komandamızın yanvarın 21-də Qazaxıstan gənclər yığması ilə, yanvarda 23-də Sinqapur yığması ilə, yanvarın 26-da isə Küveyt komandası ilə oynayacaq.