"Milan”ın futbolçusu Alessandro Matri karyerasını A Seriyasının digər təmsilçisi "Fiorentina”da davam etdirəcək. Bu barədə İtaliya mətbuatı xəbər yayıb.
Belə ki, Matri mövsümün sonuna qədər icarə əsasında yeni klubunun şərəfini qoruyacaq. Cüzeppe Rossinin zədələnməsindən sonra hücumda problemlər yaşayan "bənövşələr” 29 yaşlı hücumçu ilə komandanı gücləndirmək fikrindədir.
Qeyd edək ki, İtaliya millisinin də üzvü olan Matri ötən ilin avqust ayında "Yuventus”dan "Milan”a keçmişdi. O, bu mövsüm çempionatda 15 matça çıxıb və 1 qol vurub.