"Qalatasaray” klubu yeni transferi Aleks Telleslə münasibətlərini rəsmiləşdirib. Bu barədə klubun saytı məlumat yayıb.
Belə ki, İstanbul təmsilçisi 21 yaşlı müdafiəçi ilə 4,5 illik müqavilə bağlayıb. "Sarı-qırmızılılar” bu transfer üçün Tellesin keçmiş klubu "Qremio”ya 6 milyon 150 min avro ödəyəcək.
Qeyd edək ki, braziliyalı futbolçu yanvarın 18-də İstanbula gəlsə də, meneceri ilə bağlı yaranan problem səbəbindən onunla müqavilə imzalamaq gecikmişdi.