U-17 ikinci oyunda uduzub

U-17 ikinci oyunda uduzub

17 yaşınadək futbolçulardan ibarət Azərbaycan yığması Türkiyənin Manisa şəhərində təşkil olunmuş "2014 Mercedes-Benz Ege Kuboku” turnirində ikinci oyununu keçirib. Türkiyə komandası ilə qarşılaşan yığmamız 1:7 hesabı ilə məğlub olub.
Komandamızın oyundakı yeganə qolunu Qara Qarayev vurub.
Yığmamız "2014 Mercedes-Benz Ege Kuboku” turnirinin qrup mərhələsində sonuncu oyununu yanvarın 23-də, Bakı vaxtı ilə saat 14:00-da Ukrayna komandasına qarşı keçirəcək.