Futbol üzrə 2016-cı il Avropa çempionatının seçmə mərhələsinin püşkatması zamanı komandaların yer alacağı səbətlərin tərkibi müəyyənləşib. Bu format UEFA İcraiyyə Komitəsinin keçirilmiş iclasında təsdiqlənib. Azərbaycan millisi püşkatma zamanı 5-ci səbətdə olacaq.
Qeyd edək ki, EURO-2016-nın seçmə mərhələsinin püşkatma mərasimi 2014-cü il martın 9-da Fransanın Nitsa şəhərində keçiriləcək. Milli komandamız final mərhələsinin iştirakçılarının 16-dan 24-ə yüksələcəyi bu məsul turnirə çıxmaq vəzifəsini indidən qarşısına qoyub.
1-ci səbət: İspaniya, Almaniya, Hollandiya, İtaliya, İngiltərə, Yunanıstan, Portuqaliya, Rusiya, Bosniya və Herseqovina;
2-ci səbət: İsveç, Ukrayna, Xorvatiya, Danimarka, İsveçrə, Belçika, Çexiya, Macarıstan, İrlandiya;
3-cü səbət: Serbiya, Türkiyə, Sloveniya, Rumıniya, İsrail, Norveç, Slovakiya, Avstriya, Çernoqoriya;
4-cü səbət: Ermənistan, Polşa, Şotlandiya, Finlandiya, Latviya, Uels, Bolqarıstan, Estoniya, Belarus;
5-ci səbət: İslandiya, Şimali İrlandiya, Albaniya, Litva, Moldova, Makedoniya, Azərbaycan, Gürcüstan, Kipr;
6-cı səbət: Lüksemburq, Qazaxıstan, Lixtenşteyn, Malta, Andorra, San-Marino, Cəbəlütariq, Farer adaları.