İsmayıllıda məktəblilər futbol turnirinə qatılıblar

İsmayıllıda məktəblilər futbol turnirinə qatılıblar


İsmayıllı Olimpiya İdman Kompleksində ümumtəhsil məktəblərinin VII sinif şagirdləri (1997- 2001-ci illər təvəllüdlü) arasında futbol yarışına start verilib.
Turnir Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) təşkilatçılığı və "Coca-Cola” şirkətinin sponsorluğu ilə keçirilir. Turnirin ilk günündə şəhər 3 və 5 nömrəli, Hacıhətəmli və İvanovka tam orta məktəblərinin komandaları qarşılaşıblar. Yarışda daha 17 komanda gücünü sınayıb. Turnirdə ilk üç yeri tutan komandalar mükafatlandırılacaq. Qalib komanda isə zona yarışlarına vəsiqə qazanacaq.