“Neftçi”dən ilk transfer

“Neftçi”dən ilk transfer

Mövsümün ikinci hissəsinə hazırlığı Türkiyənin Antalya şəhərində davam etdirən "Neftçi” heyətinə yeni futbolçu cəlb edib. Klubun rəsmi saytının yaydığı məlumata görə, paytaxt təmsilçisi Rusiyanın "Lokomotiv” klubunun yetirməsi olan Samir Məsimovla 5 illik müqavilə bağlayıb.
2010/11-ci illər mövsümünü Moskva "Spartak”ının heyətində keçirmiş hücumçu 19 yaşadək yığmamızın da üzvüdür. 18 yaşlı bu futbolçu U-19-un heyətində 3 oyun keçirib.
Qeyd edək ki, "Neftçi”nin qış fasiləsində ilk transferi olan Samir Məsimov komandasının Albaniyanın "Partizani” klubu üzərindəki qələbəsinə (2:0) bir qol vurmaqla töhfə vermişdi.