“Çelsi” futbolçusunu icarəyə verdi

“Çelsi” futbolçusunu icarəyə verdi

İngiltərə təmsilçisi "Çelsi” futbolçusu Coş Makiçranı icarəyə göndərib. Bu barədə London klubunun rəsmi saytı məlumat yayıb.
Belə ki, 20 yaşlı yarımmüdafiəçi "Uiqan”la anlaşıb. O, cari mövsümün sonuna qədər yeni komandasında çıxış edəcək.
Qeyd edək ki, "Çelsi” futbol məktəbinin yetirməsi olan ingilis futbolçu cari mövsümün birinci yarısını da icarə əsasında "Uotford” klubunda keçirib.