Kapello Rusiya millisi ilə müqaviləni uzatdı

Kapello Rusiya millisi ilə müqaviləni uzatdı

Rusiya Futbol İttifaqı (RFİ) ölkə milli komandasının baş məşqçisi Fabio Kapello ilə müqaviləni yeniləyib.
RFİ-nin rəsmi saytının yaydığı məlumata görə, 67 yaşlı italiyalı mütəxəssislə müqavilənin müddəti 2018-ci ilin yayında keçiriləcək dünya çempionatının final mərhələsinin bitəcəyi günə qədər uzadılıb.
Xatırladaq ki, F.Kapellonun RFİ ilə bundan əvvəlki müqaviləsi 2014-cü ilin iyulun sonunda başa çatırdı.