Güləşçilər üçün seminar keçirilib 

Güləşçilər üçün seminar keçirilib 

Azərbaycan Güləş Federasiyası (AGF) güləşçilər üçün növbəti seminarı keçirib.

Bu barədə Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən  məlumat verilib. “Böhran vəziyyətində kommunikasiyanın təşkili” mövzusunda keçirilən seminarda məruzəçi Ülkər Nəbiyeva böhran vəziyyətləri, böhranın səbəbləri və nəticələri, böhranın idarə edilməsi strategiyasının hazırlanması ilə bağlı məlumatları real nümunələr əsasında diqqətə çatdırıb. Tədbirdə güləşçilərin sualları cavablandırılıb və seminar qarşılıqlı fikir mübadiləsi şəraitində keçib.

Seminarın son mərhələsində güləşçilərlə mövzuyla əlaqədar praktiki iş aparılıb.

Qeyd edək ki, AGF güləşçilər və məşqçilərlə gələcəkdə də belə maarifləndirici seminarların təşkilini planlaşdırır.

Güləşçilər üçün seminar keçirilib  Güləşçilər üçün seminar keçirilib  Güləşçilər üçün seminar keçirilib  Güləşçilər üçün seminar keçirilib