Bu gün Azərbaycan Basketbol Liqasında "Neftçi" və "Sabah" komandaları arasında final seriyasının üçüncü oyunu keçiriləcək.
Bakı İdman Sarayında təşkil olunacaq oyun saat 14:00-da başlayacaq.
Xatırladaq ki, bu komandalar arasında keçirilən finalın ilk oyununda “Sabah” qələbə qazanmışdı. Rimas Kurtinaytesin komandası ilk oyunda 94:89, ikinci qarşılaşmada isə 86:77 hesabı ilə qalib gəlmişdi. Final seriyasında 4 qələbə əldə edən komanda çempion olacaq.