"İnter" Çempionlar Liqasının finalına vəsiqə qazandı 

"İnter" Çempionlar Liqasının finalına vəsiqə qazandı 

Futbol üzrə UEFA Çempionlar Liqasının ilk finalçısı müəyyənləşib. 
Olimpnews.az xəbər verir ki, İtaliyadadakı "Cüzeppe Meatsa" stadionunda keçirilən möhtəşəm oyunda "İnter" komandası əlavə dəqiqələrdə 4:3 hesabı ilə qələbə qazanaraq Münhen finalına vəsiqə əldə edib. 
Xatırladaq ki, bu komandaların İspaniyadakı oyununda qalib müəyyənləşməmişdi. 
"İnter"in finaldakı rəqibi bu gün keçiriləcək PSJ - Arsenal oyunundan sonra müəyyənləşəcək.