Məşhur uruqvaylı futbolçu Dieqo Forlan karyerasını Yaponiya çempionatında davam etdirəcək. Bu barədə klub saytı məlumat yayıb.
34 yaşlı hücumçu "Sereso Osaka” ilə rəsmi müqavilə bağlayıb. Müqaviləyə əsasən, təcrübəli futbolçu 1 il Asiya təmsilçisinin şərəfini qoruyacaq.
Qeyd edək ki, "Mançester Yunayted”, "Atletiko” (Madrid), "İnter” kimi klublarda çıxış etmiş Forlan son olaraq Braziliya təmsilçisi "İnternasyonal”ın formasını geyib.