Bu gün 3x3 basketbol üzrə millimiz Qadın Seriyasının "Bakı" mərhələsi çərçivəsində 1/4 final oyununu keçirəcək.
Olimpnews.az xəbər verir ki, yarışda uğurla çıxış edən komandamız C qrupunun lideri olan Latviya yığması ilə qarşılaşacaq. Oyun saat 18:15-də başlayacaq.
Qeyd edək ki, qadın millimiz qrupdakı ilk oyununda Niderland yığmasına 13:19 hesabı ilə məğlub olub. İkinci görüşdə yığmamız Çexiyanın "Praqa" klubuna 16:12 hesabı ilə qalib gələrək, qrup ikincisi kimi 1/4 finala vəsiqə əldə edib.
3x3 qadın millimiz bu gün "Bakı" mərhələsində 1/4 final oyununa çıxacaq
