Asiya kubokunda da 24 komanda yer alıb

Asiya kubokunda da 24 komanda yer alıb

Asiya Futbol Konfederasiyası da Asiya kubokunun final mərhələsində yarışacaq komandaların sayını 16-dan 24-dək artırmaq niyyətindədir. Amma bu dəyişiklik 2015-ci ildə Avstraliyada baş tutacaq turnirdə deyil, 2019-cu ildən qüvvəyə minə bilər.
Xatırladaq ki, 2016-cı ildən Avropa çempionatının final mərhələsində də 24 komanda mübarizə aparacaq.