Cüdoçumuz Avropa Kubokunda gümüş medal qazandı 

Cüdoçumuz Avropa Kubokunda gümüş medal qazandı 

Avstriyanın Qrats şəhərində cüdo üzrə gənclər arasında Avropa Kuboku turnirinə start verilib. 
Olimpnews.az xəbər verir ki, turnirdə mübarizə aparan Azərbaycan komandası qitə yarışının ilk gününü bir gümüş medalla başa vurub. Yeganə medalı millimiz aktivinə -78 kq çəki dərəcəsində mübarizə aparan Nigar Süleymanova qazandırıb. Mübarizəyə 1/8 finaldan başlayan cüdoçumuz ardıcıl olaraq Böyük Britaniya, Monteneqro və Niderland cudoçularına qalib gələrək finala yüksəlib. Cüdoçumuz həlledici görüşdə fransalı Lionel Minkada-Caquineauya məğlub olaraq gümüş medala sahib olub. 
Yarışın ilk günündə mübarizəyə başlayan digər cüdoçularımızdan  Nilgün Rzayeva, Fidan Əlizadə (hər ikisi -63 kq) və Pərvanə Abdullayeva (-70 kq) turniri medalsız başa vurub.  Qeyd edək ki, 23 ölkədən 435 (262 oğlan, 173 qız) cüdoçunun iştirak etdiyi yarışda Azərbaycan idmançıları 6 çəki dərəcəsində 8 qadın cüdoçu ilə təmsil olunur. 
Turnirə iyunun 1-də yekun vurulacaq.