Qadın voleybolçular arasında Yüksək Liqada X tura yekun vurulacaq

Qadın voleybolçular arasında Yüksək Liqada X tura yekun vurulacaq

Bu gün qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında X turun oyunlarına yekun vurulacaq.

Olimpnews.az xəbər verir ki, turun son oyun günündə iki qarşılaşma təşkil olunacaq. "Murov Az Terminal" klubu doğma meydanda "Gənclər"lə üz-üzə gələcək. "Murov Az Terminal"ın idman zalında keçiriləcək oyuna saat 17:00-da start veriləcək. 

Eyni saatda "Milli Aviasiya Akademiyası" və UNEC oyunu dz təşkil olunacaq. Qarşılaşma "Milli Aviasiya Akademiyası"nın idman zalında baş tutacaq.