"Los Anceles Lakers"in ulduzu LeBron Ceyms ABŞ-da gənclər arasında basketbolun vəziyyətindən danışıb.
Olimpnews.az xəbər verir ki, dördqat NBA çempionu gənclərlə işləyən məşqçilərdən narazı olduğunu vurğulayıb. "Mən burada böyümüşəm. Bu yaşa qədər müxtəlif məşqçilərlə işləmişəm. Yaxşı məşqçi idmançı üçün xüsusi əhəmiyyət kəsb edir. Hazırda yaxşı məşqçilər var. Amma onlar öz populyarlıqları üçün çalışırlar. Bir məsələni unutmaq olmaz ki, yetişdirdiyin basketbolçu özü ilə bərabər səni də tanıdacaq. Fikir verirəm, bir uğurdan sonra dərhal kamera önünə çıxıb, müsahibə verirlər. Deyirlər ki, o gənc oyunçunu mən yetişdirmişəm, sualı mənə verin. Bu tamamilə səhv yanaşmadır. Bu məsələ dəyişməsə, ölkədə basketbolun inkişafı üçün ciddi problem yaranacaq", - deyə Lebron Ceyms "Mind the Game" podkastında deyib.