"Los Angeles Lakers" keçmiş basketbolçusu, NBA çempionu Lamar Odom evindən qovulub.
Olimpnews.az “New York Post”un məlumatına istinadən xəbər verir ki, o, 45 min dollarlıq kirayə haqqını ödəmədiyi üçün Los-Ancelesdəki evindən qovulub.
Xatırladaq ki, Odom idmançı karyerasını baş vurduqdan sonra bir neçə dəfə müxtəlif asılılıqlardan müalicə olunub. Məlumat üçün bildirək ki, Lamar "Lakers"dən başqa "Los Angeles Clippers", "Miami Heat" və "Dallas Mavericks" kimi komandalarda çıxış edib. 2011-ci ildə liqanın "ən yaxşı altıncı oyunçu"su mükafatına layiq görülüb.