Portuqaliya Millətlər Liqasının ilk finalçısı oldu 

Portuqaliya Millətlər Liqasının ilk finalçısı oldu 

Futbol üzrə UEFA Millətlər Liqasının ilk finalçısının adına aydınlıq gəlib. Olimpnews.az xəbər verir ki, bu, yarımfinalda Almaniya millisini mübarizədən kənarlaşdıran Portuqaliya komandasıdır. Almaniyadakı "Alinas Arena" keçirilən oyun portuqalların minimal hesablı qələbəsi ilə yekunlaşıb -1:2. 
İlk hissəsi qolsuz heç-heçə ilə başa çatan oyunda hesabı bundestim təmsilçisi açıb. Matçın ikinci hissəsində - 48-ci dəqiqədə Florian Virts dəqiq zərbə ilə komandasını irəli çıxarıb. Lakin qarşılaşmanın 63-cü dəqiqəsində Çiko Konseysao hesabda bərabərliyi təmin edib -1:1. Vurulan qoldan beş dəqiqə sonra portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldo səhnəyə çıxıb. 40 yaşlı futbolçu komandasına qələbə qazandıran qolun müəllifi olmaqla yanaşı, millidəki qol sayını 137-yə çatdırıb. 
Qeyd edək ki, Portuqaliya millisinin finaldakı rəqibi bu gecə saat 23:00-da start götürəcək İspaniya - Fransa millilərinin oyunundan sonra müəyyənləşəcək.