Rusiyanın "KAMAZ-master" komandasının "KAMAZ-43509" idman yük maşını "Avito Spetstekhnika" platformasında 100 milyon rubla satılıb.
Olimpnews.az xəbər verir ki, sürücü Andrey Karginovun 2020-ci ildə Dakar Ralli Marafonunda qələbə qazandığı maşına elan dərc olunandan cəmi bir neçə saat sonra alıcı tapılıb.
Məlumat üçün bildirək ki, KAMAZ-43509 1050 at gücünə və 6 silindrli 12,9 litrlik turbomühərrikə malikdir. Mühərrik yük maşınına altı saniyədə yüzə qədər sürətlənməyə və maksimum 165 km/saat sürətə çatmağa imkan verir.