NBA rəhbərliyi müntəzəm mövsümdə oyunların sayı barədə yekun qərar verib.
Olimpnews.az xəbər verir ki, qurumun komissarı Adam Silver bu barədə maraqlı fikirlər səsləndirib. "İndi pley-off mərhələsində komandalar daha çox istirahət edirlər. Əvvəllər pley-offda tez-tez həftə sonları ardıcıl oyunlar olurdu.
Yeri gəlmişkən bu il pley-offda zədə nisbəti son 10 ildə ikinci dəfə ən aşağı səviyyəyə enib. Beləliklə, komandalar finala çıxmaq üçün əla formada olurlar. Biz vəziyyəti daim izləyirik. Bu məsələ tez-tez müzakirə olunur, lakin məncə dəyişiklik üçün dəyişiklik etmək düzgün deyil”, - “The Athletic” komissar Silverdən sitat gətirir.