İsveçin paytaxtı Stokholmda atletika üzrə "XL-Galan” beynəlxalq turniri keçirilib.
Yarışda Azərbaycanı Hayle İbrahimov və Layeş Abdullayeva təmsil ediblər. Kişilər arasında 3 min metr məsafəyə qaçış yarışlarında Hayle İbrahimov 7 dəqiqə 39 saniyə nəticə ilə beşinci olub və Azərbaycan rekordunu yeniləyib. Qadınların 3 min metr məsafəyə qaçış yarışlarında çıxış edən Layeş Abdullayeva isə 9 dəqiqə 22 saniyə nəticə ilə 11-ci olub.