Ruslan Abışov “Rubin"də

Ruslan Abışov “Rubin"də

Azərbaycan milli komandasının futbolçusu Ruslan Abışov Rusiyanın "Rubin" klubu ilə 2,5 illik müqavilə imzalayıb. Klubun rəsmi saytının yaydığı məlumata görə, 26 yaşlı müdafiəçi Kazan təmsilçisinə azad agent kimi keçib. Bu isə o deməkdir ki, "Rubin" Abışovun sonuncu komandası "Xəzər Lənkəran"a transfer haqqı ödəməyib.
Qeyd edək ki, Ruslan Aıbışov 1987-ci il oktyabrın 10-da Bakıda anadan olub. Boyu 187 sm, çəkisi 74 kq-dır. Ruslan Abışov ilk komandası "Neftçi"də 153 oyuna 18, bu mövsümün əvvəllərində transfer olunduğu "Xəzər Lənkəran"da 17 oyuna 1, Azərbaycan millisində isə 30 oyuna 3 qol vurub. O, "Neftçi"nin heyətində 2011-ci və 2012-ci illərdə Azərbaycan çempionu olub.