Yeniyetmə basketbolçularımız beynəlxalq turnirə inamlı qələbə ilə başlayıblar

Yeniyetmə basketbolçularımız beynəlxalq turnirə inamlı qələbə ilə başlayıblar

İyunun 19-da Qazaxıstanın Atrau şəhərində "Airom Cup" beynəlxalq basketbol turnirinə start verilib.

Olimpnews.az Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, ölkəmizi bu turnirdə Polad Həsənovun rəhbərlik etdiyi 14 yaşa qədər oğlanlardan ibarət seçmə komandamız təmsil edir. Turnirdə yığmamızla yanaşı, Qazaxıstanın "Ayrom", Gürcüstanın "Kutaisi", Qırğızıstanın "Edelveys", Rusiyanın "Devon" və "Axtuba" klub komandaları da mübarizə aparırlar. Seçməmiz ilk oyununda Qırğızıstanın "Edelveys" komandası ilə qarşılaşıb və rəqibinə 94:13 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, 22 iyuna qədər davam edəcək turnirin qalibi dairəvi sistemlə keçirilən oyunlardan sonra məlum olacaq.