Bakı Kəndləri Futbol Federasiyasının təşkilatçılığı ilə "Şöhrət” ordenli əfsanəvi futbolçu Anatoli Banişevskinin xatirəsinə həsr olunan ənənəvi futbol turniri başa çatıb.
Turnirin final mərhələsində "Nefçi” və "Bakı” klubları münasibətlərinə aydınlıq gətiriblər. Oyunun taleyini bir qol həll edib. Vurulan yeganə qol "ağ-qaralar”a qələbə qazandırıb. Beləliklə, bütün oyunlarında qələbə qazanan "Nefçi” turnirin qızıl medallarını qazanıb. Qeyd edək ki, mükafatçılara Milli Olimpiya Komitəsi (MOK) və AFFA tərəfindən hədiyyələr verilib.
Məlumat üçün bildirək ki, finala çıxan hər iki komanda və futbol veteranları oyundan əvvəl mərhum futbolçunun məzarını ziyarət ediblər.
Ənənəvi futbol turniri
23 fevral
Final
"Neftçi” - "Bakı” - 1:0