Cəlilabadlı idmançılardan uğurlu nəticə

Cəlilabadlı idmançılardan uğurlu nəticə

Cəlilabad Uşaq-Gənclər İdman Məktəbinin yetirmələri U15 Avropa çempionatında yaxşı nəticə göstəriblər.

Olimpnews.az xəbər verir ki, cəlilabadlı idmançılar İtaliyanın Kaorle şəhərində keçirilən sərbəst-güləş idman növü üzrə yarışdan bir qızıl və bir bürünc medalla qayıdıblar. Qızıl medalı Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin nəzdində Cəlilabad rayon Uşaq-Gənclər İdman Məktəbinin sərbəst-güləş bölməsinin yetirməsi Hüseyn  Rzazadə qazanıb. O, 41 kiloqram çəki dərəcəsində yarışıb. 68 kiloqram çəkidə tatami üstünə çıxan komanda yoldaşı Xəyal Şükürlü bürünc medala sahib olub.

Məlumat üçün bir daha bildirək ki, ümumilikdə 2 qızıl, 4 gümüş, 1 bürünc medal qazanan millimiz ikinci dəfə Avropa çempionu adını qazanıb.