Fevralın 25-də "Xəzər Lənkəran” keçmiş FİFA referisi Babək Quliyevlə əməkdaşlığa başlayıb. Klubun rəsmi saytının yaydığı məlumatına görə, keçmiş hakim komandanın idman direktoru vəzifəsinə gətirilib.
Babək Quliyev futbol karyerasına 1983-cü ildə futbolçu olaraq başlayıb. 2001-ci ildən etibarən hakimlik fəaliyyətinə start verən bu mütəxəssis 2002-ci ildən peşəkar karyerasına FİFA hakimi olaraq davam etdirib. 2009-cu ilə qədər Azərbaycanı beynəlxalq arenalarda təmsil edən ədalət təmsilçisi həmin il hakimlikdən kənarlaşdırılıb. Bununla belə, 39 yaşlı mütəxəssis futboldan uzaqlaşmayıb. O, hazırda bir sıra media orqanlarında futbol eksperti olaraq hakimliyin səviyyəsini şərh edir.
Qeyd edək ki, "Xəzər Lənkəran”da bu vəzifədə sonuncu dəfə türkiyəli Cüneyt Biçər çalışıb.