"Boston Celtics"in əfsanəsi qaydaların dəyişməsini istəyir 

"Boston Celtics"in əfsanəsi qaydaların dəyişməsini istəyir 

"Boston Celtics" klubunun əfsanəsi Pol Pirs NBA-da üç xallıq atış qaydalarında dəyişikliklərin olunmasını təklif edib. "İstərdim ki, oyunun müəyyən mərhələsində üç xallıq atışlara xəttin arxasından icazə verilsin. Bunu elə etmək lazımdır ki, qövsdəki işıqlar yalnız üç nöqtəli atışlara icazə verildikdə yansın. Qaydaları idmançıların səviyyəsinə və onların bacarığına uyğun dəyişmək məqsədəuyğundur", - deyə Pirs sosial şəbəkə hesabında qeyd edib.