Cüdoçularımızın Asiya sınağı

Cüdoçularımızın Asiya sınağı

 Yeniyetmə cüdoçularımız Qazaxıstanın Almatı şəhərində keçirilən Asiya Kubokunda qüvvələrini sınayacaqlar. 
Olimpnews.az xəbər verir ki, iyulun 3-4-ü aralıqlarında təşkil olunacaq yarışda 10 ölkəni təmsil edən 459 (292 oğlan, 167 qız) cüdoçu mübarizə aparacaq. 
İki gün davam edən yarışda komandamız Azərbaycan Cüdo Federasiyasının prezidentinin müşaviri Natiq Bağırovun rəhbərliyi altında 4 çəki dərəcəsində 4 (2 oğlan, 2 qız) çüdoçu ilə təmsil olunacaq. Oğlanların yarışında Nicat Şıxızadə (-60 kq) və İlkin Qarayev (-66 kq), qızların mübarizəsində isə Fatimə Abdullayeva (-44 kq) və Könül Eyvazlı (-52 kq) tatami üzərinə çıxacaq.