"Judo Club 2012" klubu ölkədaxili yarışlarda daha bir uğura imza atıb.
Belə ki, klubun cüdoçuları Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzində keçirilən kişilər arasında Liqa yarışının II turunda 2 qızıl, 3 gümüş və 2 bürünc medal qazanıblar. Qızıl medalları klubun aktivinə Rüfət Şövlətov (-73 kq) və Məhərrəm İmamverdiyev (-90 kq) yazdırıb. Turqut Novruzov (-81 kq), Məmmədrza Hacızadə (-90 kq) və Qurban Məmmədli (+100 kq) gümüş medala layiq görülüb. Hüseyn Allahyarov (-60 kq) və İbrahim Əliyev (-73 kq) isə bürünc medal qazanaraq komandanın uğurunda pay sahibi olublar.
Turniri 7 medalla başa vuran "Judo Club 2012" klubu ümumi komanda hesabında birinci yeri tutub.
Qeyd edək ki, yarışda 39 klub və idman cəmiyyətindən olan 170 idmançı 7 çəki dərəcəsində medallar uğrunda mübarizə aparıb.
Onu da əlavə edək ki, cari ildə kişilər arasında Liqa yarışının 3 turunun keçirilməsi planlaşdırılır. Bu yarışlar nəticəsində idmançıların reytinq siyahısı formalaşacaq.
"Judo Club 2012"nin cüdoçularından daha bir uğur
~2jpg-1751644537.jpg)

.jpg)

