Ağ evin ərazisində çempionluq döyüşü keçiriləcək

Ağ evin ərazisində çempionluq döyüşü keçiriləcək

ABŞ prezidenti Donald Tramp Ağ Evin ərazisində (ABŞ prezidentinin rəsmi iqamətgahı) qarışıq döyüş növləri üzrə UFC döyüşünün keçiriləcəyini açıqlayıb. 

"Biz UFC döyüşünu düz Ağ Evin ərazisində keçirəcəyik. Bizim bu yarışı keçirmək üçün böyük ərazimiz və imkanlarımız var", - Fox News Trampın Ayova ştatında mitinqdə çıxışında sitat gətirib. Tramp qeyd edib ki, gözlənilən döyüş çempionluq döyüşü olacaq. Yarışın 2026-cı ildə ABŞ-ın Müstəqillik Bəyannaməsinin imzalanmasının 250-ci ildönümünü münasibitəli keçiriləcək tədbirlər planına daxil edilib.