Həftə sonu keçiriləcək Britaniya Qran Prisində təhlükəsizlik avtomobili narıncı rəngə boyanacaq. Olimpnews.az xəbər verir ki, bu barədə "Mercedes"in mətbuat xidməti məlumat yayıb. Həmçinin komandanın pilotları Corc Rassel və Andrea Kimi Antonellinin kostyum və dəbilqələrində xüsusi rənglər olacaq. Narıncı rəng əlavə etmək "Mercedes C111" avtomobili seçilib.
Qeyd edək ki, Britaniya Qran Prisi iyulun 4-dən 6-dək keçiriləcək.