Klublarımızın avrokuboklardakı rəqibləri müəyyənləşdi

Klublarımızın avrokuboklardakı rəqibləri müəyyənləşdi

Bu gün voleybol üzrə Çempionlar Liqası, “CEV kuboku” və “Challenge Cup” yarışlarının püşkatma mərasimi keçirilib.

Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən Olimpnews.az-a verilən məlumata görə, Lüksemburqda təşkil olunan tədbirdə Azərbaycanın avrokuboklarda iştirak edən klublarının da rəqibləri müəyyənləşib.
Yeni mövsümdə ölkəmizi avrokuboklarda iki komanda təmsil edəcək. Kişilərdən ibarət “Azərreyl” klubu Çempionlar Liqasında, “Xilasedici” komandası isə “Challenge Cup”da mübarizə aparacaqlar. 
Çempionalar Liqasında debüt edəcək “Azərreyl" yarışa 1-ci təsnifat mərhələsindən başlayacaq. Komandamızın bu mərhələdəki rəqibi Serbiyanın “Radnicki kragujevac” klubu olub. Cütün ilk oyunu 21-23 oktyabr, cavab matçı isə 28-30 oktyabr tarixlərində keçiriləcək.
Avrokuboklarda debüt edəcək “Xilasedici” klubu isə Balkan kubokunun qalibi olacaq komanda ilə üz-üzə gələcək. Təmsilçimiz mübarizəyə 1/32  finalda start verəcək. Komandaların birinci oyunu 11-13 noyabr, cavab görüşü isə 18-20 noyabr tarixlərində keçiriləcək. 

Klublarımızın avrokuboklardakı rəqibləri müəyyənləşdi Klublarımızın avrokuboklardakı rəqibləri müəyyənləşdi