“Şahdağ”da keçiriləcək müsabiqədə 20 komanda yarışacaq

“Şahdağ”da keçiriləcək müsabiqədə 20 komanda yarışacaq

Fevralın 22-də "Şahdağ” Qış-Yay Turizm Kompleksində dünyada ilk dəfə ən kreativ "Red Bull Shakh Carpet” idman müsabiqəsi keçiriləcək.
Müsabiqədə iştirak etmək üçün ən kreativ 20 komanda seçilib. Qaliblər üç meyar - ən yaxşı tullanma, kostyumların və çıxışın kreativliyi, tamaşaçı rəğbəti əsasında müəyyən olunacaqlar.
Tərcümədə "Xalçaların şahı” kimi səslənən müsabiqədə iştirakçılar müxtəlif kostyumlar geyinərək, dağdan enəcəklər. Bundan başqa, onlar 80 santimetrlik kiçik tramplini və iki metrlik dərinliyində soyuq su ilə dolu hovuzu olan 80 metrlik yamacdan sürüşərək keçəcəklər.