Skopye-2025 çərçivəsində "Partizan" idman zalında keçirilən güllə atıcılığı üzrə qızların pnevmatik tapançadan 10 metr məsafəyə atəşaçma yarışında təmsilçimiz Leyli Əliyeva 7-ci yeri tutub - (371-6 x).
Olimpnews.az xəbər verir ki, bu növdə türkiyəli Ezginur Türkmən (378-9x), belaruslu Alina Nestsiaroviç (375-10 x) və ispaniyalı Qloriya Sançes (373-9x) ilk üçlükdə qərarlaşıblar.
Bu növdə mübarizə aparan oğlanların yarışında isə atıcımız Oleq Kerjankin (371,0-10x) festvaldakı mübarizəsini 15-ci pillədə tamamlayıb. Onun mübarizə apardığı yarışda modovalı Ursu Klimenti (384-15x) çempion tituluna yiyələnib. Serbiyalı Uros Gajic (382.0-17x) festivalın gümüş, italiyalı Loris Quarta (382) isə bürünc medala yiyələniblər
Qeyd edək ki, təmsilçilərimiz Skopye-2025-də güllə atıcılığı üzrə 10 m məsafəyə pnevmatik tapançadan atəşaçma yarışlarında 4 kateqoriya üzrə (duet, fərdi, solo, duet HİT/MİSS) mübarizə aparırlar. Oleq Kerjankin və Leyli Əliyeva sabah solo (10 m), iyulun 25-də isə duet HİT/MİSS (10 m) yarışlarında iştirak edəcəklər.
Skopye:2025: Atıcılarımız fərdi yarışlarda iştirak ediblər


