Zəkəriyyə Muradlı: "Festivalın texniki təminatı yüksək səviyyədədir"

Zəkəriyyə Muradlı: "Festivalın texniki təminatı yüksək səviyyədədir"

“Yarışın abu-havası gözəldir, gimnastımızın finalda çıxış etməsi isə bu gözəlliyi ikiqat artırdı”. 
Bu sözləri Olimpnews.az-a müsahibəsində Skopye-2025 Avropa Gənclər Olimpiya Festivalı çərçivəsində Osiekdə keçirilən idman gimnastikası yarışlarında ədaləti təmsil edən beynəlxalq kateqoriyalı hakimimiz Zəkəriyyə Muradlı deyib.
Turnirin gedişatı barədə fikirlərini bildirən beynəlxalq dərəcəli hakim yarışın yüksək səviyyədə təşkil olunduğunu qeyd edib.
“Gimnastika yarışlarında ab-hava həmişə xüsusi olur. Bu dəfə də istisna deyil. Yarışlar həm rəqabət, həm də dostluq ruhu ilə keçir. Gimnastımızın final mərhələsinə yüksəlməsi bu abu-havanı daha da gözəlləşdirdi. Festivalın texniki təminatı, vaxt cədvəli, hakimlər və xidmət heyəti ilə koordinasiya yüksək səviyyədədir", - deyə Zəkariyyə Muradlı bildirib.
O, eyni zamanda bu turnirin bütün komanda, xüsusilə də gənc gimnastlar üçün böyük bir təcrübə olduğunu vurğulayıb:
“Belə yarışlar idmançılar üçün təkcə medal uğrunda mübarizə deyil, həm də beynəlxalq səviyyədə özünü sınamaq fürsətidir. Gənclər burada həm rəqiblərindən, həm də mütəxəssislərdən öyrənirlər. Bu, onların gələcək idman karyerası üçün çox vacibdir”.