Serbiyanın Zlatibor şəhərində məktəbli boksçular arasında Avropa birinciliyində Yusif Ağakişiyevlə (75 kq) Viktor Maystroviçin final görüşündə texniki direktor Hamza Avezov idman etikasına uyğun hərəkət etmədiyinə görə, onunla bağlı Azərbaycan Boks Federasiyasının təlimatına və qaydalara uyğun olaraq addım atılacaq.
Olimpnews.az Azərbaycan Boks Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, adıçəkilən döyüşdə şimali makedoniyalı hakim Stefan Subalevski qərəzli yanaşaraq, şəxsi maraqlarını üstün tutaraq, saxtakarlıq edərək boksçumuzun təmiz qələbəsini əlindən aldı. Onu çempionluqdan məhrum etdi. Bununla əlaqədar federasiya olaraq hakim barəsində də tədbir görülməsi üçün aidiyyatı beynəlxalq təşkilata müraciət hazırlanır.
Hakimin qərəzli mövqeyini, məqsədli müdaxilələrini və boksçumuzun qələbəsini əlindən alan videonu təqdim edirik.