Amerikalı qol güləşçisi Cef Deyb genetik xəstəlik olan klippel-trenone-veber sindromu səbəbi ilə qeyri adi dərəcədə böyük qollara sahibdir.
Olimpnews.az xəbər verir ki, bu vəziyyət ona qol güləşi karyerasında üstünlük qazandırıb. O, eyni zamanda ekskavator kimi, ağır maşınların operatorudur və hobbi məqsədi ilə fermerliklə məşğul olur. “Popeye” ləqəbli idmançı 1996-cı ildə qol güləşi yarışında sağ dirsəyini zədələdiyi üçün turniri yarıda dayandırıb. 2012-ci ildə 48 yaşında, yalnız sol əli ilə mübarizə apararaq idmana qayıdıb. 2021-ci ildə Beynəlxalq Qol Güləşi Federasiyasının təşkilatçılığı ilə keçirilən dünya çempionu adını qazanıb. Onun bilək dairəsi 30, ön qol dairəsi 48-50, biseps isə 51 santimetr civarındadır. Üzük barmağı təxminən 13 santimetr diametrdə olan idmançı bununla ən böyük nikah üzüyü ilə rekord qırıb.
Xəstəliyini uğura çevirən nəhəng qol güləşçisi







