Olimpiya kateqoriyalı beynəlxalq dərəcəli güləş hakimi 60 illik yubileyini qeyd edir

Olimpiya kateqoriyalı beynəlxalq dərəcəli güləş hakimi 60 illik yubileyini qeyd edir

Azərbaycanın idman və pedaqoji sahəsində xüsusi xidməti olan, peşəkar fəaliyyəti ilə seçilən hüquqşünas, təqaüddə olan polis polkovnik-leytenantı, pedaqoq və beynəlxalq dərəcəli Olimpiya kateqoriyalı güləş hakimi Hicran Şərifov zəngin və çoxşaxəli fəaliyyəti ilə tanınır.
1965-ci il avqustun 1-də Bakı şəhərinin Əmircan qəsəbəsində anadan olan Hicran Şərifov 1992-ci ildə Azərbaycan Neft və Kimya Akademiyasını (indiki ADNSU) bitirib. 
Peşəkar fəaliyyəti ilə seçilən Hicran Şərifov 1993-cü ilin aprelindən 2019-cu ilin dekabr ayınadək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində çalışıb. Xidmətə sıravi əməkdaş kimi başlayan Hicran Şərifov 1994-2000-ci illərdə DİN-in Hərbi Nəqliyyat Polis İdarəsinin baxış bölməsində kiçik inspektor vəzifəsində çalışaraq özünü bacarıqlı və prinsipial əməkdaş kimi təsdiqləyib. 2000-ci ilin avqust ayında ona polis leytenantı rütbəsi verilib və elə həmin il DİN-in Polis Akademiyasına dəvət olunaraq, İdman-Sağlamlıq Kompleksinin rəisi vəzifəsinə təyin edilib. Akademiyada fəaliyyəti təkcə inzibati deyil, həm də pedaqoji sahələri əhatə edib. Sonrakı illərdə Fiziki hazırlıq kafedrasının müəllimi və Tədris-metodiki şöbənin baş inspektoru kimi məsul vəzifələrdə çalışıb.
Xidmət illərində əldə etdiyi uğurlar və peşəkarlığı nəticəsində polis polkovnik-leytenantı rütbəsinədək yüksələn Hicran Şərifov 2019-cu il dekabrın 17-də öz istəyi ilə daxili işlər orqanlarından ehtiyata buraxılıb. 
Hicran Şərifov həm idmançı, həm də beynəlxalq səviyyəli hakim kimi zəngin təcrübəyə malikdir. O, yunan-Roma güləşi ilə uzun illər məşğul olub, bu sahədə Azərbaycan çempionatlarında uğurla çıxış edərək "İdman ustası" adına layiq görülüb.
Hicran Şərifov Olimpiya kateqoriyalı beynəlxalq dərəcəli güləş hakimi kimi ölkəmizi Pekin-2008, London-2012 və Rio-2016 Yay Olimpiya Oyunlarında təmsil edib. O, bu nəticə ilə Yay Olimpiya Oyunlarında üç dəfə hakimlik edən yeganə azərbaycanlı kimi tarixə düşüb. Məhz London-2012 Olimpiadasında göstərdiyi yüksək peşəkarlığa görə "Dünyanın ən yaxşı güləş hakimi" elan olunaraq "Qızıl Fit" mükafatı ilə təltif edilib. 
Peşəkar idman fəaliyyəti ilə yanaşı, o, məşqçi kimi də fəaliyyət göstərərək Azərbaycan Respublikasının "Əməkdar məşqçisi" fəxri adına layiq görülüb. Hicran Şərifov həmçinin 1-ci Qarabağ Vətən müharibəsinin veteranıdır və 2-ci Qarabağ müharibəsi zamanı orduya dəstək qrupunun fəal iştirakçısı olub.
Ölkənin idman şərəfini beynəlxalq arenalarda ləyaqətlə qoruyan Hicran Şərifov bu gün də öz zəngin təcrübəsini gənc nəslə ötürməkdə davam edir.
Hicran Şərifov pedaqogika sahəsində mühüm elmi uğurlar əldə edib. O, “Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi” ixtisası üzrə “Uşaq-gənclər idman məktəblərinin idarə edilməsinin elmi-pedaqoji əsasları” mövzusunda dissertasiya müdafiə edərək pedaqogika üzrə fəlsəfə doktoru, “Təhsilin təşkili və planlaşdırılması” ixtisası üzrə isə “Xüsusi təyinatlı ali təhsil müəssisələrində təhsil alanların fiziki hazırlıq işinin təşkili” mövzusunda müdafiə edərək elmlər doktoru elmi dərəcəsinə layiq görülüb. 
O, eyni zamanda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında baş müəllim kimi pedaqoji fəaliyyət göstərir.
Hicran Şərifov 2013-cü ildən etibarən Milli Olimpiya Komitəsinin Nəzarət-Təftiş Komissiyasının sədri, 2020-2022-ci illərdə isə Gənclər və İdman Nazirliyində baş mütəxəssis vəzifəsində fəaliyyət göstərib. O, həmçinin “Neftçi İdman Klubu” və “Cəngi” Güləş Klubunda məşqçi-müəllim kimi çalışaraq, Rövşən Bayramov, Elman Muxtarov və Səbirə Əliyeva kimi tanınmış idmançıların yetişməsində mühüm rol oynayıb.
O, Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə “Tərəqqi” medalı, “Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi” fəxri adına və “Şöhrət” ordeninə layiq görülüb. Həmçinin Azərbaycan Prezidentinin Fəxri Diplomu və Milli Olimpiya Komitəsinin “Olimpiya” ordeni ilə təltif edilib.
Daxili İşlər Nazirliyi tərəfindən “Qüsursuz xidmətə görə” I, II və III dərəcəli medallar, “Əla xidmətlərə görə” döş nişanı və iki dəfə “Fəxri Fərman”la mükafatlandırılıb. Müdafiə Nazirliyinin Fəxri Fərmanına və ADNSU-nun 100 illik yubiley medalına da layiq görülüb.
Təcrübəsi, biliyi və xidmətləri ilə ölkənin idman və hüquq sahəsində öz dəst-xəttini yaradan Hicran Şərifov bu gün də pedaqoji fəaliyyətini uğurla davam etdirir, gənc nəslin vətənpərvər ruhda, sağlam və peşəkar yetişməsinə töhfə verir.
Azərbaycanın idman və elm ictimaiyyətinin görkəmli nümayəndəsi Hicran Şərifovu anadan olmasının 60 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür və gələcək fəaliyyətində uğurlar arzulayırıq!

Olimpiya kateqoriyalı beynəlxalq dərəcəli güləş hakimi 60 illik yubileyini qeyd edir Olimpiya kateqoriyalı beynəlxalq dərəcəli güləş hakimi 60 illik yubileyini qeyd edir Olimpiya kateqoriyalı beynəlxalq dərəcəli güləş hakimi 60 illik yubileyini qeyd edir Olimpiya kateqoriyalı beynəlxalq dərəcəli güləş hakimi 60 illik yubileyini qeyd edir Olimpiya kateqoriyalı beynəlxalq dərəcəli güləş hakimi 60 illik yubileyini qeyd edir Olimpiya kateqoriyalı beynəlxalq dərəcəli güləş hakimi 60 illik yubileyini qeyd edir