Ən güclü komanda Cəlilabadda müəyyənləşəcək

Ən güclü komanda Cəlilabadda müəyyənləşəcək

Fevralın 16-da Cəlilabad Olimpiya İdman Kompleksində kişilər arasında basketbol üzrə XXI Azərbaycan çempionatı başlayıb. Bu idman növünün populyarlaşdırılması məqsədi ilə yarış Cəlilabadda təşkil olunub. Qalib adı uğrunda mübarizədə "Qala-Bakı”, "Gəncə”, "Şəki” və "Cəlilabad” komandaları iştirak edirlər. Yarış dairəvi üsulla keçiriləcək və iki dövrədən ibarət olacaq.