"Mən komandaya kömək etmək üçün buradayam"

"Mən komandaya kömək etmək üçün buradayam"

Xorvatiyalı futbolçu Luka Modriç “Milan”dakı məşqlərini uğurla davam etdirir. 
Olimpnews.az xəbər verir ki, o qeyd edib ki, əvvəlki klublarında - ilk növbədə, 14 il ərzində Madrid "Real"ında qazandığı bütün təcrübəsini həmkarları ilə bölüşmək niyyətindədir. "Mən komandaya kömək etmək üçün buradayam. Futbolda oyunçular təkbaşına heç nə edə bilməzlər - bu, komanda oyunudur. Mən həmişə bu fəlsəfədən başlamışam", - pianetamilan.it Luka Modriçdən sitat gətirib.
Məlumat üçün bildirək ki, İtaliya A seriyasının çempionatının yeni mövsümü avqustun ortalarında başlayacaq.