Formula 1-in baş direktoru Stefano Domenikali “Kral yarışları”nda mərhələlərin sayından danışıb.
Olimpnews.az xəbər verir ki, onun sözlərinə görə, bu mərhələlərin çox olması inam və nüfuzun göstəricisidir.
"Biz düzgün yoldayıq. Say çoxluğu səhv bir addım ola bilməz. Əgər yanlış qərar olsa idi, tərəfdaşlarımız bu işdə fəal olmazdılar. Ona görə də 22-24 yarışın qənaətbəxş olduğuna inanıram. Çünki bu, həm kommersiya, həm də inkişaf perspektivləri baxımından əsaslandırılan düzgün rəqəmdir. Bir daha qeyd edim ki, cəmi 24 yarışımız var. Futbolda isə bu say 70-ə çatır. Beysbolda hər gün 165 oyun keçirilir. Beləliklə, yarış sayımız yaxışıdan da yaxşıdır”, -deyə The Race saytı Domenikalinin sözlərindən sitat gətirib.