Kişi basketbolçular arasında Azərbaycan çempionatının IX turunun oyunları keçirilib. Olimpnews.az saytının verdiyi məlumata görə, bu tur iki oyunun keçiriləcəyi gözlənilsə də, yalnız bir oyun təşkil olunub. Belə ki, birinci oyunda BDU - NTL-Maxxis qarşılaşıb. Görüş qonaqların qələbəsi ilə yekunlaşıb. Bu oyundan sonra «Qala» ilə AZTOP komandaları üz-üzə gəlməli olsa da, rəqib meydana çıxmayıb. Beləliklə, Elxan Əliyevin yetirmələri texniki qələbə qazanıblar.
IX tur
23 fevral (şənbə)
BDU - NTL-Maxxis - 56:70
«Qala» - AZTOP - +:-
O Q M T/F X
1. Qala 7 7 0 690-329 14
2. NTL-Maxxis 8 6 2 668-570 14
3. AZTOP 9 4 5 582-562 13
4. Gəncə 7 4 3 507-467 11
5. ADBTİA 5 1 4 372-405 6
6. BDU 8 0 8 430-906 8