Masallıda kütləvi idman tədbiri keçirilib

Masallıda kütləvi idman tədbiri keçirilib

Masallı şəhər Nizami Gəncəvi adına xatirə parkında "İdman hamı üçün" layihəsi çərçivəsində voleybol, sərbəst və yunan-Roma güləşi, kəndirlə mübarizə və yerindən uzununa tullanma idman növləri üzrə nümunəvi çıxışlar olub. 
Olimpnews.az xəbər verir ki, əsas məqsəd əhali arasında idmanın təbliği, fiziki inkişafa, sağlam həyat tərzinə çağırış, asudə vaxtın səmərəli təşkilindən ibarət olan tədbir Lənkəran - Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilib. 
Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Masallı rayonu üzrə sektorunun və idarənin nəzdində Masallı rayon Uşaq Gənclər İdman Məktəbinin kollektivinin, rayon sakinlərinin iştirak etdiyi  tədbir onların böyük marağına səbəb olub.