“McLaren” komandasının direktoru Andrea Stella Britaniya komandasının 2025-ci il mövsümünün ikinci yarısına hazırlığından barədə danışıb. Avtomobilimiz bizə mövsümün uğurlu olacağına əminlik verir. Yay fasiləsindən sonra yarışların bərpasını səbirsizliklə gözləyirik. Düşünürəm ki, Zandvoort kimi yenidən bizim üçün əlverişli olacaq bir neçə trekimiz var. İndi isə keçən il üstünlük təşkil etmədiyimiz Monza və ya Veqas kimi treklərə hazırıq", - deyə Stella Racingnews36 portalına verdiyi müsahibədə bildirib.
Məlumat üçün bildirək ki, 14 mərhələdən sonra “McLaren” 559 xalla Mühəndislər çempionatina başçılıq edir. Komandanın ən yaxın izləyicisi “Ferrari”nin 260 xalı var.