"Heç vaxt heç vaxt demə” - yeddi qat Olimpiya çempionu

"Heç vaxt heç vaxt demə” - yeddi qat Olimpiya çempionu

İdman gimnastikası üzrə yeddi qat Olimpiya çempionu, 23 qat dünya çempionu olan amerikalı Simone Baylz 2028-ci ildə Los-Ancelesdə keçiriləcək olimpiadada iştirak etmək imkanında olduğunu gizlətməyib.
"Heç vaxt heç vaxt demə. Hər şey mümkündür. Amma hələ qəti cavab deyə bilmərəm”, - deyə Daily Mail Baylzdan sitat gətirib
Məlumat üçün bildirək ki, Paris-2024 Yay Olimpiya Oyunlarında Simona komanda və fərdi çoxnövçülükdə, həmçinin tullanmada çempion olmaqla üç qızıl medal qazanıb. Xatırladaq ki, Los-Ancelesdəki Olimpiya Oyunları 2028-ci il iyulun 14-dən 30-dək keçiriləcək. 28 yaşlı Baylz üçün həmin Olimpiya Oyunları karyerasında dördüncü ola bilər.