“Red Bull” komandasının 27 yaşlı niderlandlı dördqat Formula 1 çempionu Maks Verstappen sosial şəbəkələrdə yay fasiləsində dənizdə istirahətindən olan fotolar yerləşdirib. Şəkildə onun sevgilisi Kelli Piket, həmçinin qızı Lili və Piketin ilk evliliyindən olan qızı Penelopa yer alıb. Qeyd edək ki, Penelopa Kelli Piketin rusiyalı pilot Daniil Kvyatdan olan qızıdır. Lili Kellinin ikinci, Maksın isə 2025-ci ilin mayında anadan olan birinci qızıdır.
Verstappen ailəsi ilə istirahət edir - FOTO

