Mingəçevirdə fitnes seminarı keçirilib - FOTO

Mingəçevirdə fitnes seminarı keçirilib - FOTO

Avqustun 24-də INBA Qlobal Azərbaycan, WBPF Azərbaycan, GFHC Fitnes Akademiya və INBA Qlobal Azərbaycan birliyinin Mingəçevir şəhər nümayəndəliyinin birgə təşkilatçılığı ilə Milli Qəhrəman Mübariz İbrahimov adına Fitnes Mərkəzində natural bodibildinq və fitnes üzrə  seminar təşkil olunub.
INBA Qlobal Azərbaycan birliyinin mətbuat xidmətindən Olimpnews.az-a verilən məlumata görə, tədbirdə əvvəlcə Vətən müharibəsi şəhidlərinin və Ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, dövlət himni səsləndirilib.
Seminarın aparıcısı INBA Qlobal Azərbaycan, INBA Qlobal Avrasiya və WBPF Azərbaycan birliyinin prezidenti, beynəlxalq dərəcəli idman ustası, hakim, məşqçi, qidalanma və qida əlavələri üzrə mütəxəssis Dr. Elnur Şıxəliyev çıxış edərək dinləyicilərə aerobik və anaerobik məşqlər, məşq prinsipləri, başlanğıc, orta və irəli səviyyə məşq planları, dopinqlə mübarizə, idmanda qidalanma, idmançıların yarış hazırlığı və yarışlarda tələb olunan məcburi pozlar barədə ətraflı məlumat verib, iştirakçıların suallarını cavablandırıb.
Daha sonra INBA Qlobal Azərbaycan birliyinin atletləri – beynəlxalq yarışların mükafatçıları Xudadar Həmidov, Rüfət Əliyev, Paşa Cəbrayılov və Ramazan Soltanov yeniyetmə və gənc atletlərə yarış qaydaları və "posing" texnikası haqqında praktik izahlar təqdim ediblər.
Sonda seminar iştirakçılarına rəsmi sertifikatlar təqdim olunub. Dr. Elnur Şıxəliyev tədbirə göstərilən dəstəyə görə mərkəzin təsisçiləri Murad Abdullayev və pauerliftinq üzrə dünya və Avropa çempionu Samir Məmmədova təşəkkürünü bildirib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Mingəçevirdə fitnes seminarı keçirilib - FOTO Mingəçevirdə fitnes seminarı keçirilib - FOTO Mingəçevirdə fitnes seminarı keçirilib - FOTO Mingəçevirdə fitnes seminarı keçirilib - FOTO Mingəçevirdə fitnes seminarı keçirilib - FOTO Mingəçevirdə fitnes seminarı keçirilib - FOTO Mingəçevirdə fitnes seminarı keçirilib - FOTO Mingəçevirdə fitnes seminarı keçirilib - FOTO Mingəçevirdə fitnes seminarı keçirilib - FOTO Mingəçevirdə fitnes seminarı keçirilib - FOTO